Ukrayna əsgəri öldürülüb
Bizi izləyin

Dünya

Ukrayna əsgəri öldürülüb

Ukraynanın şərqində atəşkəsin pozulması nəticəsində 1 əsgər həlak olub, 2-si yaralanıb.

Publika.az xəbər verir ki, Ukraynanın müdafiə naziri Poltorakın sözlərinə görə, rusiyapərəst separatçılar Ukrayna ordusunun Avdeevski ətrafındakı mövqelərini qumbaraatanlardan atəşə tutublar. Poltarak bildirib ki, hələlik insidentin tam təfərrüatı bəlli deyil və ola bilsin ki, bu qrup separatçıların liderlərinə tabe olmur.

2014-cü ilin aprelindən bu yana Ukraynanın şərqində Ukrayna ordusu ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 7900-dən çox adam ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm