ABŞ və Rusiya Suriyada təhlükəsizlik prosedurlarını müzakirə edib
Bizi izləyin

Dünya

ABŞ və Rusiya Suriyada təhlükəsizlik prosedurlarını müzakirə edib

ABŞ və Rusiya müdafiə nazirliklərinin nümayəndələri Suriya üzərindən uçan döyüş təyyarələrinin təhlükəsizlik proseduruna riayyət edilməsinə dair daha geniş müzakirələr aparır.

Publika.az-ın məlumatına görə, ABŞ müdafiə naziri Eş Karter ABŞ və Rusiya təyyarələrinin havada potensial faciə ilə nəticələnməsi hallarından yayınmaq məqsədi ilə tərəflər arasında əldə edilmiş razılığın qısa zamanda qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

Pentaqon bildirib ki, ötən həftə Suriyada Rusiya və ABŞ təyyarələri 16 kilometr biri-birinə yaxın mövqelərdə fərqli hava hücmları həyata keçirib. Bu qədər məsafə pilotların təyyarələrinin üzərindəki nömrələri oxuya bilmlələrinə belə kifayət qədər yaxın olub.

Rusiya ötən 24 saat ərzində 86 terror mövqeyini hədəf alıb. Fransa xəbər agentliyi bildirib ki, bir gündə edilən hücumlar Rusiyanın sentyabrdan həyata keçirməyə başladığı hava hücumlar sırasında ən çoxudur.

Karter deyib ki, ABŞ-ın Suriyada İŞİD-in mövqelərini bombalamaq missiyası dəyişməyəcək. Lakin o, Rusiyanı uğursuz strategiyasından əl çəkməyə çağırıb.

BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura Rusiya ilə ABŞ rəsmiləri arasında münasibətlərə aydınlıq gətirmək və Suriyada münaqişəyə son qoymaq və siyasi prosesi davam etdirmək üçün Ruisyada danışıqlar aparıb.

Moskva və Vaşınqtonun Suriyanın taleyinə dair mövqeləri fərqlidir.

De Mistura ABŞ rəsmiləri ilə də görüşlər keçirmək üçün bu gün Vaşınqtona gəlməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm