Suriyada türkmanlara qarşı “Şər ittifaqı”: PKK necə leqallaşdırılır?
Bizi izləyin

Dünya

Suriyada türkmanlara qarşı “Şər ittifaqı”: PKK necə leqallaşdırılır?

“Suriyada türkmanlara qarşı “şər ittifaqı” qurulub”.


Publika.az xəbər verir ki, bu barədə Suriya Türkman Məclisi başqanı Əbdürrəhman Mustafa deyib.


Onun sözlərinə görə, türkmanların gələcəyi təhdid altındadır: “Minillik keçmişə malik olan milyonlarla türkmanın gələcəyi regional və qlobal layihələrin təhdidi altındadır. Bu layihələrin gələcəyi necə olursa olsun, Suriya türkmanları sonuna qədər dirəniş göstərəcək”.


Ə. Mustafa Rusiyanın Suriyada Əsədi hərbi cəhətdən gücləndirmək üçün bir sıra önəmli və həssas bölgələri geri almaq istədiyini bildirib: “Bunun üçün Əsəd güclərinə kəşfiyyat dəstəsi verir, Türkiyənin bölgədə rolunu azaltmaq istəyir”.


Türkman lider Suriyada güclü dəstəyə sahib olan PYD-nin (PKK-nın Suriya qolu – red.) ərəb və türkman kəndlərinə hücum etdiyini, bunun beynəlxalq əfv təşkilatının hesabatlarında əksini tapdığını bildirib.


“Bu hesabatda ərəb və türkmanların kəndlərini tərk etmək məcburiyyətində qaldığı deyilir. Bizi minillik torpaqlarımızdan qoparmaq istəyirlər. Lakin buna nail ola bilməyəcəklər. Bütün bunlara baxmayaraq, ABŞ başda olmaqla bəzi güclər PYD-ni dəstəkləyir. “Demokratik Suriya gücləri” adı altında PYD-ni Azad Suriya Ordusu kimi göstərməyə çalışırlar”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm