Sovetin və Səddamın tanklarının “qatili” Tükiyəyə gətirildi
Bizi izləyin

Dünya

Sovetin və Səddamın tanklarının “qatili” Tükiyəyə gətirildi

ABŞ Hərbi Hava Qüvvələrinə aid olan və “Tank ovçusu” kimi tanınan “A-10” təyyarələrindən altısı dünən Türkiyənin İncirlik hava bazasına gətirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, “A-10” təyyarələri 1970-ci illərdə Avropadakı sovet tank gücünün havadan məhvi üçün istehsal olunub.

Çox alçaqdan və aşağı sürətlə ucan, geniş qanadları ilə iti dönüşləri rahatlıqla edə bilən “A-10”un əsas silahı ön hissədəki 30 millimetrlik topu, qanadlarındakı bombalar və idarə olunan raketlərdir. Təyyarə alçaqdan uçduğu üçün yerdən edilən atəş zamanı zərər görməməsi üçün pilot kabinəsi 3,8 millimetr qalınlığında zirehlə örtülüb.

“A-10” təyyarələri I və II Körfəz müharibələrində Səddam Hüseynin tank qüvvələrini məhv etməsi ilə tanınıb. Təyyarələrdən piyada birliklərin də məhv edilməsi üçün istifadə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm