Ehsan yedilər, kütləvi zəhərləndilər - 303 nəfər xəstəxanaya aparıldı
Bizi izləyin

Dünya

Ehsan yedilər, kütləvi zəhərləndilər - 303 nəfər xəstəxanaya aparıldı

İranın Çalus şəhərində əzadarlıq məclisində verilən ehsandan 303 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, bu barədə Fars agentliyi İranın Çalus şəhər səhiyyə idarəsinin rəhbəri xanım Hədis Gordgeliyə istinadən məlumat verib.

H.Gordgeli deyib ki, zəhərlənən şəxslərin hamısı xəstəxanalara çatdırılıb: “Onlardan 13 nəfərinin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Digərləri isə ambulator müayinədən sonra evə buraxılıblar”.

Onun sözlərinə görə, zəhərlənənlərdən 5 nəfəri uşaq olub.

Hazırda zəhərlənmənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm