Dünya
İŞİD-ə qoşulmaq istəyən tələbə qız həbs olundu

Moskvanın Lefortov rayon məhkəməsi Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin tələbəsi Varvara Karaulovanın həbs edilməsi haqqında qərar qəbul edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə paytaxt məhkəməsinin mətbuat xidmətinin katibi Yuliya Skotnikova bildirilib. Məlumata görə, Karaulova terror təşkilatında iştiraka hazırlıqda şübhəli bilinir. Onun barəsində 1 ay 25 günlük həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı məlum olub ki, o, Rusiyaya qayıtdıqdan sonra da “İslam dövləti”nin üzvləri ilə əlaqələri kəsməyib. İstintaq orqanları onun hansı insanların sosial şəbəkələrdəki səhifələri vasitəsilə məktublaşdığını aydınlaşdırmağa çalışır.
Xatırladaq ki, Moskva Dövlət Universitetinin 19 yaşlı tələbəsi cari ilin 27 mayında universitetə getmək adı ilə evdən çıxıb və İstanbula uçub. Onun atası hadisədən tez xəbər tutaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə İnterpolun Türkiyə bölməsinin əməkdaşları iyunun 4-də Türkiyə-Suriya sərhədini keçməyə cəhd edən Karaulovanı saxlayıb. Onunla birlikdə Rusiyanın 12 vətəndaşı sərhəddə saxlanılıb.
Varvara Karaulova iyunun 12-də Moskvaya qaytarılıb. İlkin araşdırmalardan sonra müstəntiqlər ona qarşı ayrı cinayət işinin qaldırılması barədə qərar qəbul ediblər.
Ömər Dağlı

-
Qoroskop00:30
Günün ULDUZ FALI: narazılıq münaqişəyə səbəb ola bilər
-
Art16 Avqust 23:10
Azərbaycanın məşhur aktrisası VƏFAT ETDİ - FOTO
-
Sosial16 Avqust 22:24
Azərbaycanda ət bahalaşdı - VİDEO
-
Nida Xəbər 16 Avqust 21:48
Azərbaycan Ordusunun təcili müdaxiləsi zəruridir - Ekspert
-
Dünya16 Avqust 21:12
Quterreş və Ərdoğan Ukraynaya gedir
-
İdman16 Avqust 20:36
İslamiada: Azərbaycan üzgüçülükdə ilk qızıl medalını qazandı
-
Sosial16 Avqust 20:24
Ukraynada azərbaycanlı tələbə İTKİN DÜŞDÜ - FOTO
-
Cənubi Qafqaz16 Avqust 20:12
Ermənistanda matəm elan edildi