Nüvə raketinin düyməsi onun əlində idi - III Dünya Müharibəsinə mane olan kapitan
Bizi izləyin

Dünya

Nüvə raketinin düyməsi onun əlində idi - III Dünya Müharibəsinə mane olan kapitan

ABŞ 1962-ci ildə nüvə raketlərinin işə salınması haqqında səhv əmr barədə hadisəni məxfilikdən çıxarıb.

Publika.az “Bulletin of the Atomic Scientists” nəşrinə istinadən xəbər verir ki, 1962-ci ildə Karib böhranının qızğın vaxtında şəxsi şücaət və aldığı təlimatları yerinə yetirməkdən imtina etmiş Hərbi- Hava Qüvvələrinin kapitanının ehtiyatlı davranması III Dünya Müharibəsinin başlanmasının qarşısını alıb.

Haqqında danışılan hadisə 28 oktyabr 1962-ci ildə Yaponiyanın Okinava adasındakı ABŞ-ın dörd məxfi raket bazasında baş verib. SSRİ və Birləşmiş Ştatlar arasında münasibətlər gərginləşdiyi üçün qoşunların döyüş hazırlığı “qırmızı səviyyə”yə qədər qaldırılmışdı (DEFCON 2 - "nüvə müharibəsi həddində”).

Nüvə raketlərinin buraxılması üzrə çalışan kapitan Uilyam Bassett (William Bassett) “Mace B” dörd qanadlı raketin buraxılması barədə əmr alıb. “Mace B” raketləri “Mark 28” (partlayış gücü 1,1 meqaton trotil ekvivalentinə bərabər idi) 1,1 meqatonna) istilik-nüvə bombaları ilə təchiz edilmişdi. Bu raketlərin uçuş məsafəsi Hanoy, Pekin, Pxenyan və Vladivostoku vurmağa imkan verirdi.

Əmrlər radio əlaqə ilə verilirdi. Analoji xəbərləri Okinavada raketlərin buraxılmasını həyata keçirən digər zabitlər də almışdı. Ancaq hədəflərin siyahısını açan Bassett görür ki, 4 hədəfdən 3-ü ən ehtimal edilən rəqibdən – SSRİ-dən kənarda yerləşir. Həmin anda telefonla digər bir zabit zəng vurdu ki, siyahıda iki qeyri-sovet hədəf var.

Bassettdə həmçinin şübhələr yarandı ki, döyüş hazırlığı səviyyəsi DEFCON 1-ə (“qaçılmaz nüvə müharibəsi”) qədər yüksəldilməyib. Kapitan bu halda istisna etməyib ki, Okinava sovet raketləri hücumunun birinci hədəfi ola bilər. Bassett nüvə raketlərinin hazırlığının dayandırılması barədə qərar qəbul edir. O, raketlərin idarə qərargahına telefonla zəng edir və dəqiq əmr almadığını deyərək yalan danışır. Bundan başqa, kapitan iki silahlı əsgərə leytenantı (nüvə raketinin düyməsi onların əlində idi) vurmağı əmr edir. Bu əmr leytenantın böyük zabitin şifahi əmri olmadan və ya döyüş hazırlığı səviyyəsinin DEFCON 1-ə qədər qaldırılması barədə rəsmi əmr olmadan düyməni sıxmaq istəyəcəyi halda yerinə yetiriləcəkdi. Nəticədə xəbərdarlığın sistemin yanlış işlədiyini öyrənən zabitlər nüvə raketlərinin buraxılması barədə əmri yerinə yetirmirlər. Kapitan tabeliyində olan şəxslərə bu barədə susmağı tələb edir.

Bassett 2011-ci ildə vəfat edib. ABŞ Hərbi Hava Qüvvələri 2015-ci ildə hadisə barədə informasiyanın yayılmasına icazə verib. Hazırda jurnalistlər və alimlər ölkə hakimiyyətindən bu hadisə ilə bağlı rəsmi sənədləri məxfilikdən çıxartmağı tələb edirlər.

Karib böhranı 1962-ci ilin oktyabrında Sovet İttifaqı və ABŞ arasında gərgin siyasi, diplomatik və hərbi qarşıdurmanı müəyyən edən tarixi termindir. SSRİ-nin Kubaya nüvə silahları da daxil olmaqla hərbi texnika və silahları gizli şəkildə göndərməsi dünyanı nüvə müharibəsi həddinə gətirib çıxarmışdı. Lakin SSRİ-nin nüvə raketlərini Kubadan geri çəkməsi ilə III Dünya Müharibəsi baş vermədi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm