Dünya
Səudiyyəli nazir: “Ya döyüş meydanından məğlub olaraq gedəcək, ya da...”
“Əsəd ya siyasi yollarla, ya da döyüş meydanından məğlub olaraq gedəcək”.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil Əl-Cubeyr Vyanada keçirilən Suriya toplantısından sonra deyib.
“Əsədin qarşısında 2 variant var: ya siyasi yollarla, ya da döyüş meydanında məğlub olaraq gedəcək. Toplantının iştirakçılarına da bunu bildirdik. Yaxın günlərdə İran və Rusiyanın Suriya böhranının sülh yolu ilə həll edilməsi istiqamətində istəkli olub-olmadıqlarını görəcəyik”, - səudiyyəli nazir söyləyib.
O, toplantıda 2 məsələdə anlaşılmazlıq ortaya çıxdığını bildirib: “Bunlardan biri Əsədin necə və nə vaxt vəzifəsindən gedəcəyi, digəri isə İran qüvvələri başda olmaqla xarici güclərin Suriyadan nə zaman və necə çəkiləcəyi barədə idi. Bu iki məsələ ilə bağlı razılaşma əldə edilmədən Suriya böhranı da həll olunmayacaq”.
Qeyd edək ki, oktyabrın 30-da Avstriyanın paytaxtı Vyanada keçirilən Suriya toplantısına Türkiyə, Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya və İranın da aralarında olduğu 17 ölkənin xarici işlər naziri qatılıb.
Ömər Dağlı
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO
-
Hadisə13:07Mingəçevirdə körpəsini zirzəmiyə atan ana saxlanıldı
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO






























.jpg)



