Dünya
Ərdoğan qələbəsi üçün şükür namazı qıldı – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərində qələbə qazandığı üçün bu gün səhər Eyub Sultan məscidində şükür namazı qılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli vaxtla saat 6.50 radələrində məscidə gələn prezident əvvəlcə camaatla namaz qlıb, sonra Sultan Əyyub türbəsini ziyarət edib. Daha sonra Ərdoğan Quran oxuyub.
Məscidin çıxışında jurnalistlərin suallarını cavablandıran prezident milli iradənin sabitliyə səs verdiyini deyib.
“Üzərimizdə oynanılan oyunlara cavab verməyimiz lazımdır”, -Türkiyə prezidenti söyləyib.
Xatırladaq ki, noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qurucusu və lideri olduğu Ədalət və İnkişaf Partiyası təxminən 49,5 faiz səs alaraq təkbaşına hökumət qurmaq səlahiyyəti qazanıb.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova