Dünya
Dərsə Hitlerin təsviri olan köynəklə gələn müəllim işdən çıxarıldı
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki kollecdə Adolf Hitlerin şəkli olan köynəklə sinif otağına daxil olan müəllimə qarşı hüquqi tədbir görülüb.
Publika.az xəbər verir ki, hadisə şagirdlərdən birinin polisə zəng etməsi və məktəb rəhbərliyinin buna reaksiya verərək müəllimi evə göndərməsi ilə üzə çıxıb.
Polis köynəyi müsadirə edib. Köynəkdə Stalin, Mao Zedong, İdi Amin və Pol Pot kimi diktatorların, həmçinin Hitlerin təsvir olunduğu bildirilib. Açıqlamada Almaniyada Hitlerin üzünü göstərməyin cəzalandırılan bir cinayət olduğu vurğulanıb.
Haqqında cinayət işi açılan müəllim vəzifəsindən kənarlaşdırılıb və istintaq bitənə qədər şagirdlərlə görüşünə icazə verilməyəcək.
Roza Şəfiyeva
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı
-
Dünya17:22
Prokuror Netanyahunun həbsini tələb etdi
-
Rəsmi xronika16:56
İlham Əliyev sərəncam imzaladı
-
Pul16:43
Nazir lirənin son vəziyyətini açıqladı: Ucuzlaşma prosesi...
-
Rəsmi xronika15:36
Regionda sülh üçün tarixi imkanlar yaranıb - Prezident
-
Region15:01
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı - Necə baş verib?