İngiltərə İŞİD-lə mübarizədən çəkilir
Bizi izləyin

Dünya

İngiltərə İŞİD-lə mübarizədən çəkilir

İngiltərə parlamentinin xarici əlaqələr komissiyası baş nazir Devid Kamerona Suriyada İŞİD terror təşkilatına qarşı hava əməliyyatlarına icazə verilməməsi ilə bağlı müraciət edib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Kameronun lideri olduğu Mühafizəkarlar Partiyasından olan millət vəkillərinin üstünlük təşkil etdiyi komissiya dərc etdiyi hesabatında baş nazirdən əsas diqqətin Suriyadakı vətəndaş müharibəsinin başa çatdırılmasına yönəldilməsini istəyib.

Hesabatda İngiltərənin bölgədəki hərbi əməliyyatlarının nəticə verməyəcəyi qeyd edilib.

İngiltərə beynəlxalq koalisiyanın İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatının yalnız İraq hissəsinə dəstək verir. Parlament İraqda İŞİD-ə qarşı hava əməliyyatlarının keçirilməsinə ötən il razılıq verib.2013-cü ildə - Bəşər Əsəd rejiminin Dəməşq yaxınlığında kimyəvi silahla hücumundan sonra bu ölkədə hava əməliyyatlarının keçirilməsi İngiltərə parlamentdə səsverməyə çıxarılmış, amma müxalifətdəki İşçi Partiyasının etirazı ilə təklif rədd edilmişdi.

Kameronun rəhbərlik etdiyi hökumət isə Suriyada hava əməliyyatlarında iştirak üçün parlamentdən dəstək almaq niyyətindədir. Amma “Times” və “Guardian” qəzetləri bugünki saylarında hökumətin Suriya ilə bağlı planından vaz keçdiyini yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm