Aleksis Çipras: “Qərb bu məsələdə Türkiyə ilə əməkdaşlıq etməlidir”
Bizi izləyin

Dünya

Aleksis Çipras: “Qərb bu məsələdə Türkiyə ilə əməkdaşlıq etməlidir”

Yunanıstanda səfərdə olan Avropa Parlamentinin prezidenti Martin Şults bu gün Afina hava limanında 30 nəfərdən ibarət 6 miqrant ailəsinin Lüksemburqa yola salınması mərasiminə qatılıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, mərasimdə Yunanıstanın baş naziri Aleksis Çipras da iştirak edib.

Mərasimdən sonra Avropa Birliyinin prezidenti ilə Yunanıstanın baş naziri arasında keçirilən ikitərəfli görüşdə Aleksis Çipras bildirib ki, Qərb miqrant böhranına görə Yunanıstana yardım etməlidir.

Yunan baş nazir deyib ki, Avropa Birliyi miqrantların yerləşdirilməsi və köçürülməsi ilə bağlı Türkiyə ilə sıx əməkdaşlıq etməlidir: “Bu məsələ ilə bağlı mən Türkiyəyə edəcəyim səfər zamanı keçiriləcək görüşlərdə də fikir bildirəcəm. Qərb miqrant böhranının aradan qaldırılması ilə bağlı təcili tədbirlər görməlidir, miqrantlar Türkiyədən Avropa Birliyinə dağıdılmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm