Obama administrasiyası SEPAH-ın hədəfinə çevrilib
Bizi izləyin

Dünya

Obama administrasiyası SEPAH-ın hədəfinə çevrilib

İranla münasibətlərə cavabdeh olan siyasətçilər, alimlər və jurnalistlər iranlı kibercinayətkarların hədəfidir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ rəhbərliyindəki mənbələrə istinadən “Wall Street Journal” qəzeti yazıb.

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) nəzarətində olan kibercinayətkarlar son bir neçə həftə ərzində ABŞ prezident administrasiyasında çalışan əməkdaşların elektron poçtlarının şifrlərini qırmağa başlayıb. Nəşrin mənbələri güman edir ki, hücumların sayının artması Tehranda tutulan və ABŞ ilə İran vətəndaşlığına malik olan şəxslər (İran onların casus olduğunu açıqlayıb), həmçinin ikili vətəndaşlığa malik olan biznesmen Siamaka Namazinin tutulması ilə bağlıdır.

Qeyd edək ki, iki gün əvvəl Livanda çalışan informasiya texnologiyaları mütəxəssisi Nezar Zaka ABŞ-ın hərbi və kəşfiyyat təşkilatları ilə əlaqələrdə ittiham olunaraq həbs edilib. İRİB telekanalı Nezar Zakanın ABŞ-ın hərbi bazalardan birində çəkildiyi iddia edilən fotoşəkillərini paylaşıb.

Livan mediası isə daha əvvəl yazmışdı ki, Tehranda bir konfransa qatılan Zaka sentyabrın 18-dən sonra yoxa çıxıb. Zaka casusluq ittihamı ilə İranda həbs olunan 5-ci ABŞ vətəndaşıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm