Ən kasıb prezident Türkiyə solçularına müraciət etdi
Bizi izləyin

Dünya

Ən kasıb prezident Türkiyə solçularına müraciət etdi

Cümhuriyyət Xalq Partiyasının (CHP) dəvəti ilə Türkiyəyə gələn Uruqvayın sabiq prezidenti Xose Mujika görüşlərini davam etdirir.

Publika.az xəbər verir ki, “Cümhuriyyət” nəşrinə müsahibə verən sabiq dövlət başçısı solçulara hakimiyyətə gəlmək üçün məsləhətlərini verib.

Xose Mujika siyasi döyüşdən başqa çarənin olmadığını, solçuların qələbə qazanmaq üçün strateji olaraq əsgərlə çalışmasının lazım olduğunu deyib. Mujika bu məsləhəti ilə seçkilərlə təmin olunmayan müvəffəqiyyətin hərbi çevrilişlə təmin edilə biləcəyinə eyham vurub.

“Solçuların strateji olaraq əsgərlərlə çalışması lazımdır. Silahlı Qüvvələr olmadan mümkün deyil. Dünyanın istənilən nöqtəsində iqtidar üçün mübarizə aparanlar yanında əsgərlərin olmasına çalışırlar”, - sabiq prezident söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm