Rusiya təyyarəsini partladanlar tapıldı
Bizi izləyin

Dünya

Rusiya təyyarəsini partladanlar tapıldı

Britaniya mətbuatı Rusiyanın "A321" təyyarəsinin göyərtəsində baş verən partlayışın mümkün təşkilatçısının adını açıqlayıb.

Publika.az "Report"a istinadən bildirir ki, "The Sunday Times"ın iddiasına görə, təyyarəyə hücumu "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) Sinay yarımadasında fəaliyyət göstərən qanadı - "Vilayət Sinay" və onun rəhbəri Əbu Üsamə əl-Məsri təşkil edib.

Qəzet yazır ki, Britaniya hakimiyyəti Əl-Məsrinin statusunu şübhəli şəxs kimi təsdiq etməklə yanaşı, Misir və ya Rusiyaya onun ələ keçirilməsi, ya da aradan qaldırılması üçün kömək də vəd edib.
Rusiyanın güc strukturları bu məlumatla bağlı heç bir şərh verməyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm