Ruhaniyə görə “şərab böhranı”
Bizi izləyin

Dünya

Ruhaniyə görə “şərab böhranı”

İran prezidenti Həsən Ruhaninin noyabr ayının ortalarında Fransaya edəcəyi rəsmi səfəri öncəsi iki dövlət arasında “şərab böhranı” yaranıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, RTL radiosunun diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Ruhani Parisdə onun şərəfinə veriləcək yeməkdə şərab istəmədiyi üçün Fransa yeməyi ləğv edib.

İran prezidenti yemək menyusunun tamamilə halal yeməklərdən təşkil edilməsini istəyib. RTL radio kanalının məlumatına görə, Fransa bunun “respublikanın prinsiplərinə zidd” olduğunu bildirərək yeməyi ləğv edib.

Qeyd edək ki, Həsən Ruhani noyabrın 17-də Parisdə Fransa prezidenti Fransua Olla nd ilə görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm