Poroşenko NATO-ya üzvlük tarixini açıqladı
Bizi izləyin

Dünya

Poroşenko NATO-ya üzvlük tarixini açıqladı

“NATO-ya üzvlük üçün Ukraynaya minimum altı-yeddi il lazımdır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko Almaniyanın “Deutsche Welle” nəşrinə müsahibəsində deyib.

“Ukrayna NATO-nun standartlarına uyğun olmalıdır. Bu uyğunlaşma bu gün və ya sabah, ya da növbəti il olmayacaq. Bizə minimum 6-7 il lazım olacaq”, - Poroşenko əlavə edib.

Poroşenko bildirib ki, 6-7 il sonra NATO-ya giriş üzrə referendumun keçirilməsi proqnozlaşdırılır: “Biz suveren və müstəqil dövlətik. NATO-ya giriş üçün Rusiyadan icazə almaq lazım deyil. Bizim mövqeyimiz ondan ibarətdir ki, NATO-nun meyarlarına uyğun olmaq üçün minimum altı-yeddi il lazımdır. Bundan sonra ukraynalılardan soruşmalıyıq ki, onlar NATO-nun üzvü olmağı qəbul edirlər, ya yox”.

Ukrayna prezidenti qeyd edib ki, əgər iki il əvvəl NATO-ya üzvlüyü ukraynalıların təxminən 16 faizi dəstəkləyirdisə, indi onların sayı təxminən 60 faizdir.

Poroşenko həmçinin vurğulayıb ki, NATO hazırda təhlükəsizliyin tək effektiv sistemidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm