“Facebook”un rəhbəri "dekret"ə çıxır
Bizi izləyin

Dünya

“Facebook”un rəhbəri "dekret"ə çıxır

“Facebook” sosial şəbəkəsinin yaradıcısı və baş direktoru Mark Zukerberq atalıq məzuniyyətinə çıxacaq.

Publika.az xəbər verir ki, bu barədə Zukerberq öz sosial şəbəkədəki səhifəsində yazıb. O, qızının doğulması ilə əlaqədar 2 ay işləməyəcək.

“Bu çox şəxsi qərardır və düşündüm ki, qızım doğulanda 2 ay müddətinə onun qayğısına qalamaq üçün evdə qalım”, - deyə M. Zükerberq qeyd edib.

Onun səlahiyyətlərini “Facebook”un əməliyyat direktoru Şeril Sendberq və vitse-prezident Kris Koksun icra edəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl Si Tsinipin və Mark Zukerberqin qızlarına çin adı qoyacaqları bildirilirdi.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm