Siciliya mafiyası İŞİD-i hədələdi
Bizi izləyin

Dünya

Siciliya mafiyası İŞİD-i hədələdi

Nyu-Yorkun ən məşhur mafiya qruplarından olan Siciliya mənşəli Qambino ailəsi şəhər sakinlərinə müraciət edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, mafiya qrupunun nümayəndəsi Covanni Qambino şəhər sakinlərini İŞİD terror təşkilatından müdafiə edəcəklərini bildirib.

Qambino ailəsi Nyu-Yorku ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili Təhlükəsizlik Təşkilatından daha yaxşı qoruya biləcəyini iddia edib. “Rəsmi təhlükəsizlik qurumları gec hərəkətə keçir və baş verənlərin bütöv mənzərəsini görə bilmir. Çünki kəşfiyyatı çox zəifdir”, - Covanni Qambino deyib.

Paris hücumlarından sonra təhlükəsizliyin daha çox əhəmiyyət daşıdığını bildirən mafiya nümayəndəsi qeyd edib ki, İŞİD Nyu-Yorka hücum etməyi planlaşdırsa, ilk olaraq Siciliya mafiyası ilə qarşılaşmalı olacaq.

Qambinonun sözlərinə görə, İŞİD mafiyadan qorxduğu üçün Siciliyada onların hər hansı təşkilatına rast gəlinmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm