ABŞ Avropada böyük hərbi təlimlərə başladı
Bizi izləyin

Avropa

ABŞ Avropada böyük hərbi təlimlərə başladı

Birləşmiş Ştatlar Avropada "Astral Cəngavər 2024" böyük hava hücumundan müdafiə və raketdən müdafiə təlimlərinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq məlumat verib.

"Bu manevrlər ABŞ Müdafiə Nazirliyinin 2024-cü ildə genişmiqyaslı qlobal təliminin bir hissəsidir", - Sinq deyib.

Təlim mayın 6-da bazar ertəsi başlayıb və iki həftə davam edəcək. Onlara 50-dən çox təyyarə və digər uçuş aparatları, o cümlədən ABŞ, Böyük Britaniya, Latviya, Litva, Polşa və Estoniyadan 5 min hərbi qulluqçu cəlb olunacaq.

Mayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, NATO qoşunlarının iştirakı ilə keçirilən təlimlər alyansın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir. Onun sözlərinə görə, NATO artıq Moskvaya qarşı hibrid müharibə aparır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm