Davudoğlu təlimat verdi: NATO işə qarışır...
Bizi izləyin

Dünya

Davudoğlu təlimat verdi: NATO işə qarışır...

Türkiyə baş naziri Əhməd Davudoğlunun Suriya sərhədində baş verən son hadisələr və Rusiyanın SU-24 hərbi təyyarəsinin vurulması ilə bağlı Baş qərargah başçısı general Hulusi Akar və xarici işlər naziri Feridun Sinirlioğludan məlumat alıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş nazir Davudoğlu Xarici İşlər Nazirliyinə NATO, BMT və əlaqədar ölkələrlə əlaqə saxlamağı tapşırıb.

Çankaya Köşkündə bazar günü keçirilən təhlükəsizlik toplantısında da sərhəd pozuntularına qarşı hər cür tədbirlərin görülməsi barədə təlimat verilmişdi.

Qeyd edək ki, bu gün səhər Türkiyə hava məkanını pozan Rusiyaya məxsus SU-24 qırıcısı Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən vurulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm