Dünya
Türkiyəyə ultimatum verildi: "3 günə bayrağınızı endirin!"
Suriyada Əsəd qüvvələrinə və Azad Suriya orusuna qarşı vuruşan, “Əl Qaidə” terror təşkilatının dəstək verdiyi “İraq Şam İslam Dövləti” (İŞİD) hərbçiləri Türkiyəni hədələyiblər.
İŞİD hərbçiləri ötən gün internetdə video müraciət yayıblar. Video müraciətdə Süleyman şah məqbərəsinin boşaldılması üçün Türkiyəyə 3 gün möhlət verildiyi bildirilib.
“Süleyman şah məqbərəsinin boşaldılması və Türkiyə bayrağının oradan endirilməsi üçün 3 gün möhlət veririk. Boşaldılmayacağı təqdirdə məqbərəyi uçurub yerlə bir edəcəyik”.
Qeyd edək ki, Süleyman şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babasıdır və onun məqbərəsinin yerləşdiyi Karakozak kəndi Türkiyə torpağı sayılır.
Fransa ilə Türkiyə arasında 1921-ci ildə bağlanmış “Ankara” sazişinə görə, Suriyada olan bu bölgə Türkiyə torpağı kimi qəbul edilib və Süleyman şah məqbərəsində Türkiyə əsgərlərinin keşik çəkməsinə qərar verilib. Bu, Türkiyənin öz sərhəddinin xaricində olan yeganə torpaqdır.
Türkiyə Baş qərargah idarəsi isə məqbərə hücuma məruz qalacağı təqdirdə İŞİD ordusuna qarşı əməliyyat keçirilməsi və atəş açılması istiqamətində hərbçilərinə əmr vermişdi./Anspress
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb