Sabah dünya əhalisinin sayı 7,3 milyard olacaq
Bizi izləyin

Dünya

Sabah dünya əhalisinin sayı 7,3 milyard olacaq

Yer kürəsinin əhalisi 2016-ci ilin ilk günündə təxminən 7,3 milyard nəfər olacaq.

Publika.az xarici mətbuata istinadən bildirir ki, yanvarın 1-i üçün dünya əhalisinin sayının 7 milyard 295 milyon 889 min 256 nəfər olacağı proqnozlaşdırılır. Bu, hazırki illə müqayisədə 78 milyon nəfər və ya 1,08 faiz artım deməkdir.

Hazırda əhalinin sayına görə Çin birinci (1,367 milyard), Hindistan ikinci (1,252 milyard), ABŞ üçüncü (322 milyon 762 min) yerdədir.

İlk onluqda isə İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş, Rusiya və Yaponiya da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm