Abdullah Gülə qəhvə ilə “Səni zəhərləyərik!” mesajı - İDDİA
Bizi izləyin

Dünya

Abdullah Gülə qəhvə ilə “Səni zəhərləyərik!” mesajı - İDDİA

Fətullahçı Terror Təşkilatının (FETÖ) Tayvan imamı Hüseyn Kızmaz Türkiyənin keçmiş prezidenti Abdullah Gülə duzlu qəhvə verərək “Səni zəhərləyərik” mesajı verib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə iş adamı İsrafil Çimen bildirib.

Hadisə Abdullah Gülün 23-29 iyun 2009-cu il tarixlərində Çinə səfəri zamanı baş verib. Çimenin iddiasına görə, Gül “Paralel dövlət”ə yaxın bir təşkilatın açılışında iştirak etmədiyi üçün hədəf götürülüb.

İş adamı qeyd edib ki, keçmiş prezidentə duzlu qəhvənin verildiyini birbaşa Hüseyn Kızmazdan eşidib. “Biz Abdullah bəyin qəhvəsinə duz atmaqla “istəsək, sizi zəhərləyib öldürərik" mesajı verdik. O, bunu anladı”, - imam bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm