Kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladıldı
Bizi izləyin

Hadisə

Kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladıldı

Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfərin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-ım sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm