Poroşenko: “Bu, Rusiya ilə tammiqyaslı müharibəyə gətirib çıxaracaq”
Bizi izləyin

Dünya

Poroşenko: “Bu, Rusiya ilə tammiqyaslı müharibəyə gətirib çıxaracaq”

“Konstitusiyaya dəyişikliklərin bloklanması Ukraynanı Rusiya ilə tammiqyaslı müharibəyə aparır”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko yerli hakimiyyət orqanlarının nümayəndələri və şəhər assosiasiyalarının üzvləri ilə görüşündə deyib.

"Minsk razılaşmaları və konstitusiya dəyişikliklərini nəyin bahasına olursa-olsun pozmağa çalışanlar bunun nəticələrini anlamağa məcburdurlar. Bu hərəkətlər münaqişənin qaynar mərhələsinin bərpasına, həmçinin Rusiya ilə tammiqyaslı müharibəyə gətirib çıxaracaq”, - Poroşenko söyləyib.

Poroşenko əlavə edib ki, əgər Ukrayna hərəkətlərini beynəlxalq partnyorlarla əlaqələndirməsə siyasi və hərbi-texniki dəstəksiz qalacaq. O, Rusiyaya qarşı sanksiyaların da ləğvini istisna etməyib. Ukrayna dövlət başçısı əminliyini ifadə edib ki, Ali Radada Konstitusiya dəyişiklikləri üçün lazım olan 300 səsi toplamaq mümkün olacaq: “Mən 300 səsin olacağına şübhə etmirəm. Biz cəmiyyətə Minsk razılaşmalarında irəliləyişi göstərməliyik. Mən əminəm ki, məhz bu cür olacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm