Moskvaya Vaşinqtondan göndərilən mesaj: “Ankara buna hazırdır”
Bizi izləyin

Dünya

Moskvaya Vaşinqtondan göndərilən mesaj: “Ankara buna hazırdır”

“Rusiya və Türkiyə “Türk axını” layihəsi ilə bağlı razılaşmanın detalları haqqında danışıqlar aparmalıdır”.

Publika.az xəbər verir ki, bunu Türkiyənin Vaşinqtondakı səfirinin müavini Tuqay Tuncer “Sputnik” agentliyinə açıqlamasında deyib.

“Ankara “Türk axını”na ticarət layihəsi kimi baxır, biz hamımız hələ də ona ticarət layihəsi kimi baxırıq. Əgər Rusiya danışıqlar aparmaq istəyərsə, biz bunu müzakirə edə bilərik. Hər iki tərəf oturmalı və razılaşmanın detallarını müzakirə etməlidir. Necə ki, biz on il əvvəl “Mavi axın”la bağlı bunu etdik”, - türk diplomat söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm