Sərnişin təyyarəsi partladı, ölənlər var – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Sərnişin təyyarəsi partladı, ölənlər var – SON DƏQİQƏ

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Daolla” Hava Yollarına aid sərnişin təyyarəsinin göyərtəsində partlayış baş verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində iki sərnişin həyatını itirib.

Xeyli sayda yaralının olduğu bildirilir.

Partlayışdan sonra təyyarə Somalinin paytaxtı Moqadişinin hava limanına təcili eniş edib. Məlumata görə, partlayış təyyarənin havaya qalxmasından 5 dəqiqə sonra baş verib. Partlayış nəticəsində şüşələrdən biri parçalanıb və göyərtədə yanğın baş verib.

Moqadişidən Cibutiyə uçmaq üçün havaya qalxan təyyarədə 180 sərnişin olub.

Hava limanındakı təhlükəsizlik əməkdaşları partlayışın səbəbinin hələ məlum olmadığını açıqlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm