Obama məsciddə sakinlərə səsləndi: “Müsəlmanları...”
Bizi izləyin

Dünya

Obama məsciddə sakinlərə səsləndi: “Müsəlmanları...”

“Terrorizmə qarşı ən yaxşı mübarizə üsulu ABŞ-ın İslama qarşı çıxmadığını nümayiş etdirmək, İraqda və Suriyada İŞİD adlandırılan terror təşkilatlarının legitimliyini tanımamaqdır”.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Barak Obama Merilend ştatında, Baltimordakı məsciddə müsəlman icması ilə görüşündə deyib.

Ağ Ev rəhbəri bildirib ki, Birləşmiş Ştatlar üçün terrorizmə qarşı ən yaxşı mübarizə üsulu İŞİD-in legitimliyini tanımamaq, ona qarşı mübarizə aparmaqdır: “Amerikadakı müsəlmanların uğurlarının artdığını görürük. Biz terror təbliğatı ilə oynamamalıyıq və İslamın bu problemlərlə üzləşməsinə yol verməməliyik”.

Baltimordakı məscidə ilk dəfə gələn Barak Obama bildirib ki, İŞİD terror təşkilatının İslamla heç bir əlaqəsi yoxdur: “İŞİD kimi təşkilatlara legitimlik lazımdır. Onlar müsəlmanları müdafiə etmirlər. Əskinə, müsəlman kişiləri, qadınları və uşaqları öldürürlər”.

ABŞ prezidenti bildirib ki, ölkəsi İslamla müharibə vəziyyətində deyil. Çünki İslam Amerika Birləşmiş Ştatlarının bir parçasıdır: “Biz ümumiyyətlə hər hansı dinlə düşmən münasibətində ola bilmərik. Çünki dünyanın əsas dinlərindən olan İslam Birləşmiş Ştatların milli xarakteridir”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm