“Putinin bircə imzası lazımdır”
Bizi izləyin

Dünya

“Putinin bircə imzası lazımdır”

“Almaniya Minsk razılaşmalarına alternativ görmür. Axı Rusiya prezidenti Vladimir Putinin bu sənədin altındakı bircə imzası Ukraynaya öz ərazilərini qaytarmağa imkan verəcək”.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynada konstitusiya islahatı mövzusunda keçirilən ictimai forumda Almaniyanın Ukraynadakı səfiri Kristof Vayl deyib.

“Bu yeganə sənəddir ki, siz Rusiya prezidentinin imzasını görə bilərsiniz. Əgər biz Putinin onu imzalamasına nail olsaq, Ukrayna müstəqilliyini və toxunulmazlığını saxlayacaq, bütün şərq sərhədi üzərində nəzarəti bərpa edəcək”, - alman diplomat deyib.

Onun sözlərinə görə, ukraynalılar Donbas hövzəsi üçün nəzərdə tutulan xüsusi statusdan qorxmamalıdır. Səfir qeyd edib ki, xüsusi status Ukraynanın ərazi bütövlüyünü təhdid etmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm