İtaliyada “Portağal savaşı” - 70 yaralı
Bizi izləyin

Dünya

İtaliyada “Portağal savaşı” - 70 yaralı

İtaliyanın İvrea şəhərində ənənəvi olaraq keçirilən “Portağal savaşı” festivalı bu il də maraqlı məqamlarla yadda qalıb. Yeddi min nəfərdən çox insanın qatıldığı festivalda izdiham nəticəsində 70 nəfər yaralanıb.

Festivalda “portağal savaşı”na çıxanları 16 min nəfər izləyib. Tədbirdə 270 min kiloqram portağaldan istifadə olunub.

“Portağal savaşı” festivalının tarixi çox qədimdir. Rəvayətə görə, bu festival İvrea şəhərinin XII-XIII əsrlərdə tiranlığa qarşı mübarizəsini simvolizə edir. Daha əvvəllər festivalın iştirakçıları şəhərin müdafiəsi rəmzi olaraq paxla və şirniyyatla savaşırdılar. XIX əsrdən etibarən isə bu ənənə “portağal savaşı” ilə əvəz olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm