Əsədə sui-qəsd edildi, 4 nəfər öldü
Bizi izləyin

Dünya

Əsədə sui-qəsd edildi, 4 nəfər öldü

Suriya prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi olub.

Publika.az xəbər verir ki, bu iddia ilə yerli mediaya istinad edən İsrailin “Jerusalem Post” qəzeti çıxış edib.

Xəbərə görə, anasının cənazə mərasiminə gedən Bəşər Əsədin kortejinə “Qrad” mərmiləri ilə hücum olub.

Lazikiye şəhərinin Kardaha qəsəbəsində təşkil edilən sui-qəsddən Əsədin xilas olduğu, kortejdəki 4 nəfərin isə həyatını itirdiyi bildirilir.

Hücumu isə “Ahrar əl-Şam” təşkilatının təşkil etdiyi deyilir. Əsədin məmləkəti olan Kardahada Rusiyanın hərbi gücləri yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm