• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

5 min hamilə qadın Zika virusuna yoluxub

  • Dünya
  • 14 Fevral 2016 05:14
  • 798 Baxış
5 min hamilə qadın Zika virusuna yoluxub

Kolumbiyada 5 min hamilə qadın Zika virusuna yoluxub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın Milli Səhiyyə İnstitutu məlumat yayıb. Məlumata əsasən ölkədə virusa yoluxanların sayı hazırda 31 555 nəfər təşkil edir.

Son göstəricilər ötən həftə xəstələrin sayının 23 faiz artdığını nümayiş etdirir. Virusa yoluxan hamilə qadınlar 57.8 faiz təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, virus körpələrdə anormal kiçik başla doğulma kimi ciddi qüsura səbəb olur. Latın Amerikasında Braziliya xəstəliyin episentri hesab edilir. Bu ölkədə 4300 uşaq anadangəlmə qüsurla dünyaya gəlib.

Braziliya prezidenti Dilma Rousseff virusun yayılmasına səbəb olan ağcaqanadlarla mübarizəyə nail olacağına ümid bəslədiyini deyib.

Braziliya virusun avqust ayında keçiriləcək Olimpiya Oyunlarına təhlükə yaratmayacağını bildirir.

Eyni zamanda Braziliyanın hərbi qüvvələri ağcaqanadlardan müdafiə yollarına dair ictimai maariflərndirmə proqramına start verib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR