Avtomobil qatarla toqquşdu: 12 ölü
Bizi izləyin

Dünya

Avtomobil qatarla toqquşdu: 12 ölü

Pakistanın Sind əyalətində yük maşınının qatarla toqquşması nəticəsində azı 12 nəfər həlak olub, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Həlak olanların 8 nəfəri qohumdur.

İçərisində 20 adam olan yük maşını dəmir yolunu keçmək istəyərkən ehtiyatsızlıq edərək qatarın yoluna çıxıb və qatar yük maşınını 1,5 kilometr məsafədə sürüyüb.

Pakistan Statistika Bürosunun məlumatına görə, hər il ölkədə 9 mindən artıq yol-nəqliyyat qəzası baş verir və bu qəzalarda təxminən 5 min insan həlak olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm