Ankarada terror törədən kamikadzenin kimliyi açıqlandı - FOTO
Bizi izləyin

Dünya

Ankarada terror törədən kamikadzenin kimliyi açıqlandı - FOTO

Türkiyənin kütləvi informasiya vasitələrində dünən axşam Ankarada dəhşətli terror aktını törətmiş şəxsin kimliyi açıqlanıb.

Publika.az "Vatan" qəzetinə istinadən xəbər verir ki, partlayıcı vasitələrlə dolu avtomobilin sükanı arxasında PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-nin silahlı dəstələri YPG-nin üzvü, Suriya vətəndaşı, 1992-ci il təvəllüdlü Salih Necar olub.

Avtomobildə özünü partlatmış terrorçunun kimliyi hadisə yerindən tapılan cəsəd hissələrinin analizi və barmaq izləri ilə müəyyənləşdirilib.

Qeyd edək ki, hadisə nəticəsində 28 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm