Türkiyə üçün 9 maddəlik “Yol xəritəsi”
Bizi izləyin

Dünya

Türkiyə üçün 9 maddəlik “Yol xəritəsi”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency - CİA) keçmiş səlahiyyətlisi Graham Fuller Türkiyənin xarici siyasətdə ən ağır fiaskolardan birini yaşadığını deyib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, siyasi analitik Ankaraya 9 maddəlik “Yol xəritəsi” təqdim edib.

“Türkiyənin təhlükəli qovşağı” başlıqlı məqalə yazan Fuller hesab edir ki, fiaskoya görə məsuliyyət 10 il əvvəl yeni, yaradıcı və müvəffəqiyyətli xarici siyasətin həyata keçirilməsi üçün qeyri-adi addımlar atan prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun üzərinə düşür. Analitik qeyd edir ki, Türkiyənin xarici siyasətdə özü üçün qazdığı “dərin çuxur”dan çıxması üçün Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu on il əvvəlki uğurlu prinsiplərə geri qayıtmalıdır. CİA-nın keçmiş səlahiyyətlisinin fikrincə, Ankara ilk addım olaraq Suriyadan çəkilməlidir.

“Suriyada tətbiq olunan siyasət Türkiyənin beynəlxalq mövqeyinə digər bütün faktorlardan daha çox zərər verir”, - Graham Fuller deyib.

Siyasi analitikin Ankaraya təqdim 9 maddəlik “Yol xəritəsi” aşağıdakı kimidir:

1. Ankara Bəşər Əsədin yaxın perspektivdə vəzifəsindən getməyəcəyi gerçəyini görməlidir. Türkiyə Əsədi hakimiyyətdən uzaqlaşdırmaq ehtirasından imtina etməlidir. Rusiya, ABŞ, Avropa Birliyi, Çin, Misir və hətta bir çox suriyalı Əsəddən sonra baş verəcəklərinin indikindən daha pis olacağının fərqindədir. Türkiyənin bu faydasız mübarizədə qazanacağı az, itirəcəyi isə çox şey var.

2. Suriyaya sülhü gətirmək üçün böyük güclərlə işləməlidir. Türkiyə ABŞ, Rusiya və Avropa Birliyi ilə işləyərək Ər-Riyadın beynəlxalq sünni ordusu ideyasını rədd etməlidir.

3. Bölgədəki məzhəblərarası ixtilafa qarşı olan əvvəlki mövqeyinə qayıtmalıdır.

4. İranla əlaqələri inkişaf etdirmək üçün işləməlidir.

5. Məzhəblərarası problemləri həll etmək üçün İraqla yaxından əməkdaşlıq etməlidir.

6. Səudiyyə Ərəbistanı ilə strateji əlaqələrdən uzaq durmalıdır.

7. Digər körfəz ölkələri ilə əməkdaşlıq etməlidir. Qətərlə inkişaf etdiriləcək əlaqələr xüsusilə faydalı ola bilər.

8. Rusiya ilə əlaqələrin düzəldilməsinə prioritet istiqamət kimi baxmalıdır.

9. Bölgədəki kürd elementlər ilə yaxın əlaqə yaradılmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm