Putini Tribunalla təhdid edən “müdafiə naziri” öldürülüb?
Bizi izləyin

Dünya

Putini Tribunalla təhdid edən “müdafiə naziri” öldürülüb?

Rusiya Silahlı Qüvvələrinin Qərargahı nəzdində Baş Hərbi Kəşfiyyat İdarəsinin (QRU) zabiti, “Donetsk Xalq Respublikası”nın (“DXR”)“müdafiə naziri” İqor Strelkov öldürülüb.

Publika.az xəbər verir ki, bu iddia ilə Rusiyanın bəzi informasiya saytları çıxış edib.

İddiaya görə, o, yaşadığı binanın girişində boynunun arxasından vurulub. Qirkinin (Strelkovun ləqəbidir – red.) hadisə yerində öldüyü bildirilir.

İnformasiya KİV-də və sosial şəbəkələrdə sürətlə yayılıb. Ancaq informasiya hələlik təsdiqini tapmayıb.

Qeyd edək ki, İqor Strelkov 2014-cü ilin may ayından “DXR” döyüşçülərinə başçılıq edib. Həmin ilin avqust ayında onun ağır yaralanması barədə xəbər yayılıb. O, bir neçə gün sonra “müdafiə naziri” postundan istefa verib.

Rusiyalı zabit Ukraynanın şərqində münaqişənin inkişafında həlledici rollardan birini oynadığını KİV-lərə müsahibəsində dəfələrlə etiraf edib.

2014-cü ilin oktyabr ayında isə İqor Strelkov Rusiya prezidenti Vladimir Putini Haaqa Tribunalı ilə hədələyib. O, Rusiyadakı hazırkı iqtidar komandasının Vladimir Putinə yalnız Haaqa Tribunalına çatmağa zəmanət verdiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm