Pan Gi Mun: “Bu, zorakılıqları azaltmaq üçün ən yaxşı şansdır”
Bizi izləyin

Dünya

Pan Gi Mun: “Bu, zorakılıqları azaltmaq üçün ən yaxşı şansdır”

BMT-nin baş katibi Pan Gi Mun Suriyada atəşin dayandırılması ilə bağlı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamənin bu ölkədə zorakılığı azaltmaq üçün ən yaxşı şans adlandırıb.

Publika.az təşkilatın saytına istinadən xəbər verir ki, baş katib BMT-nin yeni qətnaməsinin Suriyada insanlara qarşı qanunsuzluqları azaltmaq imkanları yaratdığını vurğulayıb.

"Bu qətnamənin tam icrası, humanitar yardımların maneəsiz və daimi çatdırılması da daxil olmaqla, Suriyada amansız zorakılığı azaltmaqda bizim üçün ən yaxşı şansdır" - deyə baş katibin rəsmi bəyanatında bildirilir.

BMT-ın Təhlükəsizlik Şurası Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul edib. Rusiya və ABŞ tərəfindən hazırlanmış sənədi Şuranın 15 üzv ölkəsi dəstəkləyib.

Qeyd edək ki, şənbə gününə keçən gecə Rusiya, ABŞ və digər beynəlxalq vasitəçilər tərəfindən razılaşdırılmış şərtlərə əsasən, Suriyanın bütün ərazisində atəşkəs əldə olunub. Bəşər Əsədin rejiminin nümayəndələri ilə əsas müxalifət qruplaşmaları bu təşəbbüslə razılaşıblar.

Lakin münaqişənin bütün tərəfləri arasında bir sıra ciddi fikir ayrılıqları var. Xüsusən Bəşər Əsədin taleyi ilə bağlı mövqe ziddiyyətləri mövcuddur.

Ekspertlər bildirirlər ki, tərəflər arasında güzəştlərin əldə edilməsi üçün Suriyadaxili məsələlərlə bağlı Cenevrə danışıqlarını yeniləmək lazımdır.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm