
İranda parlament seçkilərinin yenilənmiş nəticələrinə əsasən, 30 lider namizədin hamısı islahatçıdır. Bu barədə “Trend” İran KİV-lərinə istinadən xəbər verir.
Seçkilərlə əlaqədar yaradılmış xüsusi qərargahın məlumatına görə, indiyədək 2,63 milyon səs hesablanıb.
Birinci yerdə 1,287 milyon səslə sabiq vitse-prezident Məhəmməd Rəza Arifdir. İkinci yerin sahibi isə 1,115 səslə Əli Mötəharidir.