Səudiyyədən İran şərti: Neft hasilatı dondurulur
Bizi izləyin

Dünya

Səudiyyədən İran şərti: Neft hasilatı dondurulur

Səudiyyə Ərəbistanı neft hasilatının yanvar ayı səviyyəsində dondurulmasına yalnız İranın analoji addım atması halında hazır ola bilər.

Publika.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının ikinci varisi, şahzadə Məhəmməd bin Salman əl Səud "Bloomberg" agentliyinə açıqlamasında deyib.

Bundan sonra dünya bazarında neftin qiymətinin azalması baş verib. Xatırladaq ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan OPEC və təşkilata üzv olmayan ölkələrin görüşündə neft hasilatının bu ilin yanvar ayı səviyyəsində dondurulması məsələsi müzakirə olunacaq. Artıq 19 ölkə görüşdə iştiraka razılıq verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm