Cəmilov MİT-ə işləyib – ŞOK İDDİA
Bizi izləyin

Dünya

Cəmilov MİT-ə işləyib – ŞOK İDDİA

Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım tatarlarının işləri üzrə səlahiyyətli nümayəndəsi, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilov casusluqda ittiham edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Cəmilovun Türkiyə xüsusi xidmət orqanlarına işlədiyi bildirilir.

Agentliyin məlumatına görə, sənədlər sosial şəbəkədə dərc edilib. Rusiya güc strukturları da sənədlərin orijinal olduğunu təsdiq ediblər.

Sənədlər Krim tatarlarının lideri və Krım Tatar Məclisinin digər nümayəndələrinin Türkiyə Beynəlxalq Əməkdaşlıq Agentliyi (TIKA) ilə əlaqələrini göstərir. 2012-2013-cü illərin tarixi qoyulan sənədlərdə Ankaranın Krım Tatar Məclisi və onunla bağlı strukturlara maliyyə vəsaitləri ayırdığı deyilir. Onlardan birində bildirilir ki, Cəmilovun Türkiyə Milli Kəşfiyyat Təşkilatında (MİT) iştirakının birbaşa əlamətləri var.

Ukrayna Təhlükəsizlik Xidməti TIKA-nın hərəkətlərini “ölkənin daxili işlərinə birbaşa müdaxilə” kimi qiymətləndirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm