Putin tərcüməçi işlədi
Bizi izləyin

Dünya

Putin tərcüməçi işlədi

Rusiya prezidenti Vladimir Putin Ümumrusiya Xalq Cəbhəsinin təşkil etdiyi III Mediaforumunda alman dilindən tərcüməçilik edib.

Publika.az xəbər verir ki, bu barədə SİTA agentliyi bildirib.

Məlumata görə, müzakirələrin gedişatında alman KİV-inin nümayəndəsi Rusiya liderinə sual verib. Ancaq tədbirin təşkilatçıları alman dilindən tərcüməni operativ şəkildə təmin edə bilməyiblər. Onların köməyinə Putinin özü gəlib və jurnalistlə söhbətini forum iştirakçıları üçün tərcümə edib.

SİTA-nın yazdığına görə, Putinin bu hərəkəti tədbir iştirakçıları tərəfindən alqışlanıb.

2010-cu ildə əhalinin siyahıya alınması zamanı Putin baş nazir olaraq alman və bir az ingilis dilini bildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm