Abdullah Gül: “Səddama monqolları xatırladaraq dedim ki...” - VİDEO
Bizi izləyin

Dünya

Abdullah Gül: “Səddama monqolları xatırladaraq dedim ki...” - VİDEO

“Tarixi sevdiyini bilirdim. Səddam Hüseyni monqolları xatırladaraq xəbərdar etdim”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin 11-ci prezidenti Abdullah Gül “El Arabiya” telekanalına müsahibəsində deyib.

Kanalın “Siyasi yaddaş” proqramının qonağı olan sabiq prezident 2006-cı ildə edam edilən İraq lideri Səddam Hüseynlə əlaqədar xatirələrini danışıb. Abdullah Gül bildirib ki, baş nazir vəzifəsində olduğu son dövrdə Səddam Hüseynə məktub yazaraq onu beynəlxalq çağırışlara qulaq asmağa çağırıb.

“Ona müharibənin ciddi və təhlükəli nəticələrinin olduğunu söylədim. Bundan sonra da Türkiyədən bir nazirlə ona məktub göndərdim. Monqolların da Bağdada girən zaman nə etdiyini xatırlatdım. Çünki Səddamın tarixi sevdiyini bilirdim”, - türkiyəli siyasətçi bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm