"Aİ ilə Türkiyə arasında münasibətlər başdan-başa riyakarlıqdır"
Bizi izləyin

Dünya

"Aİ ilə Türkiyə arasında münasibətlər başdan-başa riyakarlıqdır"

Almaniyanın “DW” nəşri yazır ki, artıq 30 ildir Türkiyə Avropa İttifaqının üzvü olmağa çalışır. Lakin avropalıların inadkarlığı nəticəsində türklər bu istəyin həyata keçəcəyinə olan inamını itiriblər. Ona görə də bu haqda o qədər də fikirləşmirlər.

Hazırda Türkiyə Avropa İttifaqı ilə vizasız rejim haqqında razılığa gəlməyə çalışır. Bu, türk vətəndaşlarına Avropa daxilində asanlıqla səyahət etmək imkanı yaradacaq. Ötən həftə Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib ki, vizasız rejimin qüvvəyə minməsi üçün zəruri olan 72 tələbdən 43-ü yerinə yetirilib.

Lakin belə bir təsəvvür yaranıb ki, bir çox zəruri qanunlar çaparaq qaydada qəbul edilir. Avropada Türkiyə ilə münasibətlərdə açıqlıq siyasətinə qarşı çıxan sağ partiyaların təsirinin artması fonunda bu qanunların ciddi yoxlamadan keçə biləcəyi şübhəlidir.

Bundan başqa, bir çox ekspertlərin fikrincə, Türkiyə ilə qaçqınlara dair müqavilə Avropanın öz normaları, prinsipləri və standartlarına riayət etməsi baxımından suallar doğurur. Müqavilə fərdi vəziyyətlər nəzərdən keçirilmədən insanların deportasiyasını nəzərdə tutur. Bu, beynəlxalq humanitar hüquq, habelə Avropa İttifaqının sığınacaq vermə haqqında qaydalarına ziddir.

“DW” nəşri Avropa İttifaqı ilə Türkiyə arasındakı münasibətləri bütövlükdə, başdan-başa riyakarlıq kimi səciyyələndirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm