Gürcüstanda Uran satan ermənilər tutuldu
Bizi izləyin

Dünya

Gürcüstanda Uran satan ermənilər tutuldu

Gürcüstanın hüquq-mühavizə orqanları 200 milyon dollarlıq Uran-238 maaddəsini satmağa cəhddə şübhəli bilinən 3 Gürcüstan və 3 Ermənistan vətəndaşını həbs edib.

Bu barədə hakim dairələr aprelin 18-də məlumat verib. Amma onların uranı hardan alması və sifarişçilərin kim olması barədə məlumat verilmir:

“Qrup üzvləri Uran-238 radiaktiv materialı 200 milyon ABŞ dollarına satarkən həbs olunublar.Onlardan birinin mənzilində uran daşınmasında istifadə edilən və fabrik istehsalı olan konteyner aşkar edilib” - deyə milli təhlükəsizlik xidmətinin müstəntiqi Savle Motiashvili bildirir.

Uran-238-dən nüvə yanacağı istehsalında reraktorlar üçün istifadə edilir. Saxlananlar barəsində həbs-qətimkan tədbiri selilib.

Günahları sübuta yetirilsə, onlara 10 ilədək həbs cəzası kəsilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm