“Rusiya müharibəyə hazırlaşır” – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Rusiya müharibəyə hazırlaşır” – ŞOK PROQNOZ

“Rusiyanın aqressiv hərəkətləri hücuma hazırlıqdır. Bu mövzuda açıq danışmağın vaxtı gəlib”.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri Antoni Matsereviç Rusiya hərbi təyyarələrinin Baltik dənizində ABŞ-ın “USS Donald Cook” esminesinin üzərində təhlükəli şəkildə uçmasını şərh edərkən deyib.

“Rusiyanın aqressiv hərəkətləri hücuma hazırlıqdır. Bu mövzuda açıq danışmağın vaxtı gəlib. Rusiya NATO-nun şərq qanadını gücləndirmək barədə planını heç bəyənməyib. Moskva göstərmək istəyir ki, Baltik dənizi ona aiddir. Eyni zamanda dənizin NATO-nun üzünə bağlı bir bölgə olduğunu göstərmək istəyir. Rusiyanın bu cür hərəkətlərini gözləyirdim. NATO-nun baş katibi Jens Stoltenberqə də bunu daha əvvəllər söyləmişdim”, - polşalı nazir bildirib.

Xatırladaq ki, Rusiyanın Su-24 bombardmançısı və Ka-27 vertolyotu ötən həftə Baltik dənizində ABŞ-ın “Donald Cook” esminesinin üzərindən təhlükəli uçuşlar həyata keçirib. ABŞ Silahlı Qüvvələrinin Avropadakı Komandanlığı (EUCOM) uçuşların videosunu yayıb. Ağ Evdən bildiriblər ki, Rusiya pilotlarının hərəkətləri silahlı qüvvələrin davranışlarını müəyyənləşdirən beynəlxalq normalara uyğun deyil.

ABŞ-ın dövlət katibi Con Kerri isə şərhində bunu döyüş güclərinin toqquşması kimi xarakterizə edib.

“Biz bu cür davranışı ittiham edirik. Bu, fitnəkar və təhlükəlidir. Qaydalara uyğun olaraq, onları vurmaq mümkün idi. İnsanlar anlamalıdır ki, açıq dənizdə qorxutmaqla Birləşmiş Ştatlar təslim olmağa hazırlaşmır. Biz ruslarla danışaraq göstəririk ki, bu nə qədər təhlükəlidir. Ümid edirik ki, bu hadisə heç vaxt təkrarlanmayacaq”,- Kerri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm