Fidel Kastro uzun müddətdən sonra xalqın qarşısına çıxdı – FOTOLAR
Bizi izləyin

Dünya

Fidel Kastro uzun müddətdən sonra xalqın qarşısına çıxdı – FOTOLAR

Kuba inqilabçısı və lideri Fidel Kastro uzun müddətdən sonra yenidən xalqın qarşısına çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fidel Kastro Kuba Kommunist Partiyasının konqresində çıxış edib.

Daha sonra Fidel Kastro deyib: “Yəqin ki, bu mənim iştirak etdiyim son konqres olacaq. Fürsətdən istifadə edib, vaxtilə mənimlə döyüşən bütün inqilab yoldaşlarımı təbik edirəm”.

Yaxın vaxtlarda 90 yaşı tamam olacaq Fidel Kastro deyib ki, bu inqilabı bütün gələcək nəsillərin yaşaması vacibdir.

Fidel Kastrodan sonra çıxış edən Kuba prezidenti Raul Castro da konqresin indiki liderlərinin təmsil olunduğu son toplantı olduğunu və yaxın vaxtlarda partiyada bir sıra dəyişikliklərin baş verəcəyini söyləyib.

Qeyd edək ki, sözügedən konqresdə Raul Castro Kuba Kommunist Partiyasının növbəti 5 il üçün yenidən sədri seçilib.

Onu da bildirək ki, Kubada növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm