Neft maraqları “köhnə dostlar”ı üz-üzə gətirdi
Bizi izləyin

Dünya

Neft maraqları “köhnə dostlar”ı üz-üzə gətirdi

Vətəndaş müharibəsi illərində maraqları bir çox hallarda üst-üstə düşən və gizli sövdələşmələrlə cəbhədə birlikdə hərəkət edən Bəşər Əsəd rejimi ilə PYD (PKK terror təşkilatının Suriya qolu) son vaxtlar qarşı-qarşıya gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Əsəd ilə PYD-nin toqquşmasının səbəbi ölkənin şimalındakı neft yataqlarıdır.

Məlumata görə, Qamışlı bölgəsində muxtariyyət elan edən PYD-nin buradakı neft ehtiyatlarına da sahib olmaq istəyi Dəməşq rejiminin maraqlarına uyğun gəlməyib.

“PYD-nin silahlı qanadı olan YPG-nin Qamışlı planı Əsəd rejiminin maraqlarına ziddir. Nəticədə rejim qüvvələri ilə YPG arasında qarşıdurma baş verib. Qarşıdurmalarda indiyə kimi 10 rejim əsgəri və 25 YPG döyüşçüsü ölüb”, - Türkiyə mediası yazıb.

“Reuters” agentliyi isə aprelin 21-də ən azı 40 rejim əsgərinin Qamışlıda YPG-yə təslim olduğunu bildirib. Şahidlərin sözlərinə görə, günorta saatlarında təslim olan əsgərlər YPG-nin nəzarətindəki həbsxanaya salınıb.

Türkiyə ilə Suriya sərhədindəki 13 sərhəd-keçid məntəqəsindən yalnız Qamışlı və Kesab Əsəd güclərinin nəzarətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm