Merkel və Donald Tusk Suriya qaçqınları ilə
Bizi izləyin

Dünya

Merkel və Donald Tusk Suriya qaçqınları ilə

Almaniya kansleri Angela Merkel, Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin birinci müavini Frans Timmermans Türkiyənin Baş naziri Əhməd Davudoğlunun müşayiəti ilə ölkənin cənub-şərqindəki Qaziantep vilayətində yerləşən "Nizip-2" qaçqın düşərgəsinə baş çəkiblər.

Publika.az Trend-ə istinadən xəbər verir ki, Avropa İttifaqı Türkiyədə qaçqınlar üçün layihələrə 6 milyard avro ayırmağa hazırlaşır və bu, A.Merkel, D.Tusk və F.Timmermansın Türkiyəyə səfərinin əsas müzakirə mövzusu olub.

A.Merkel və Ə.Davudoğlu suriyalı uşaqların bir qrupu ilə söhbət edib, sonra düşərgəni gəziblər. Daha sonra Almaniya kansleri və Aİ-nin rəhbərləri düşərgənin ərazisində ailə mərkəzinin açılışında iştirak ediblər.

Qaçqınlar üçün düşərgə 2013-cü ildə açılıb. Burada 4818 suriyalı qaçqın məskunlaşıb. Türkiyədə ümumilikdə 3 milyona yaxın suriyalı qaçqın sığınacaq tapıb. Ölkədə 26 qaçqın düşərgəsi yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm