“FSB və QRU bu planı 2011-ci ildə hazırlamışdı” - İDDİA
Bizi izləyin

Dünya

“FSB və QRU bu planı 2011-ci ildə hazırlamışdı” - İDDİA

“Rusiya Federal Təhlükəsizlik Xidməti Krımda vəziyyətin gərginləşdirilməsi üçün hələ 2011-ci ildə layihə hazırlayıb”.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov deyib. Onun sözlərinə görə, məhz həmin vaxt “Gün” nəşrinə verdiyi müsahibəsində həyacan təbili çalıb.

“Biz Krım Tatar Məclisi olaraq operativ informasiyaya malikik. Bunlar 2011-ci ilin may ayına olan məlumatlardır. Həmin məlumatlarda deyilirdi ki, Krım tatarları Rusiyanın maraqları üçün böyük təhlükə törədir. Çünki tatarlar Krımın Rusiyaya birləşməsinə mane olurlar”, - Ali Radanın üzvü bildirib.

Onun sözlərinə görə, həmin vaxt bəzi jurnalistlər və siyasətçilər Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) və Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyat idarəsinin (QRU) Krımda xaos yaratmaq səyləri ilə bağlı səsləndirilən fikirlərə məsuliyyətsiz yanaşdılar.

“Təəssüf ki, iki il əvvəl bu xəbərdarlıqlar bəraət qazandı”, - siyasətçi vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm